Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəqqasə Rəna Ağamuradova (Renka) saç düzümü ilə bağlı qarşılaşdığı tənqidlərdən danışıb.
Axşam.az xəbər verir ki, Renka qısa saçla səhnəyə çıxmasına münasibətlərin birmənalı olmadığını bildirib:
“Saçım qısadır, məni belə bəyənmirlər. Dörd məclisdə olmuşam, hamısı deyir ki, saçını uzat. Heç kim mənim saçımı uzatmır. Puldur hamısı”.
Renka həmçinin iş üçün şəhərlə Novxanı arasında gedib-gəlməyin onun vaxtını çox aldığını deyib. O, tıxaclardan gileylənib:
“Novxanıdan şəhərə qayıdıb geri gəlmək dörd saatımı aldı. Hər dəfə deyirəm ki, bura iş götürməyəcəyəm, amma edirəm”.