Getmək istəyirdim, amma... Kaşukdan Qarabağ etirafı

13.11.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk yay transfer dönəmində klubdan ayrılmaq ehtimalının olduğunu etiraf edib.

"AzPolitika" xəbər verir ki, 26 yaşlı ukraynalı vinger bu barədə ölkəsinin "UkrFootball" nəşrinə müsahibəsində danışıb.

O, "Polesye" klubunun marağı fonunda karyerasını başqa komandada davam etdirməyi düşündüyünü bildirib:

"Bir müddət klubumu dəyişmək variantını nəzərdən keçirirdim. "Qarabağ" ilə bu barədə danışdıq, lakin ortaq qərara gələ bilmədik. Mən isə karyeramda yeni mərhələyə keçməyə hazır idim.

Sonradan vəziyyət dəyişdi. Hazırda baş məşqçinin mənə daha çox etimad göstərdiyini hiss edirəm. Mən də meydanda sərgilədiyim oyunla bu güvəni doğrultmağa çalışıram ki, məşqçinin bacarığıma şübhəsi qalmasın. İndiki məqamda "Qarabağ"da özümü xoşbəxt hiss edirəm. Gələcəkdə nələrin olacağını isə yalnız Allah bilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью