Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Məşhur fotoşəkil xidməti "Getty Images" iflas üçün müraciət etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın milyarder iş adamı Çarlz Koxla əlaqəli investisiya şirkətləri "Getty Images"ə 533 milyon dollara qədər vəsait ayırmağı vəd ediblər. Bu addım şirkətin birjada səhmləri satılan açıq şirkət statusundan özəl şirkət statusuna keçməsinə kömək edəcək.
Şirkət daha əvvəl rəqibi "Shutterstock" ilə birləşməyə çalışsa da, Britaniya rəqabət qurumunun tələblərinə görə razılaşma baş tutmayıb.
"Getty Images"in əsas problemlərindən biri süni intellekt alətlərinin yayılması nəticəsində hazır fotolarına tələbatın azalmasıdır. Bundan əlavə, platformanın illik abunəçilərinin sayı 321 mindən 241 minə düşüb.
Şirkət bundan sonra real hadisələri əks etdirən xəbər fotolarının inkişafına daha çox diqqət ayırmağı planlaşdırır. Bu istiqamətdən əldə olunan gəlirin 2029-cu ilə qədər 400 milyon dollara çatacağı gözlənilir.