Geyim dizaynı və satışı şirkətinin qurucusu faciəvi şəkildə öldü

14.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu İsak Andik faciəvi şəkildə ölüb.

Avtosfer.az xəbər verir ki, iş adamı Kataloniya muxtariyyətində dağlıq ərazidə dərəyə yıxılıb.

Məlumata görə, hadisə onun ailəsi ilə ekskursiyada olduğu zaman baş verib. 150 metr hündürlükdən yıxılan Andik, dünyasını dəyişib. 

Şirkət mətbuata açıqlamasında ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, İsak Andik İspaniyanın ən zəngin iş adamlarından biri idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью