Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Geyim seçərkən bunlara diqqət edin, yoxsa,...
- Modelyerdən AÇIQLAMA "Geyim seçərkən diqqət yetirilməsi vacib olan bir neçə əsas amil var. Bunlar həm rahatlıq, həm də estetikaya yönəlir.
İlk növbədə, siz öz bədən quruluşunuza yaxşı bələd olmalı və geyim seçərkən mütləq şəkildə bədəninizin ölçülərini, quruluşunu nəzərə almalısınız.
Yaxşı olar ki, obrazınızda bütün detalları deyil, hər hansısa bir detalı (məsələn, ətək, şalvar, ayaqqabı, çanta, bluz və s.) daha çox önə çıxarıb, digər geyim elementlərini nisbətən sadə seçə bilərsiniz".
Bunu Milli.Az-a açıqlamasında modelyer-dizayner Gülnaz Usubova deyib.
Onun sözlərinə görə, geyimlərin materialı həm rahatlıq, həm də uzunömürlülük baxımından çox önəmlidir: "Geyim seçərkən ən vacib amillərdən biri bədən ölçüsünə uyğunluqdur.
Həddindən artıq dar və ya geniş geyimlər sizi narahat edə bilər və düzgün görünməyinizə mane ola bilər.
Buna görə də, bədən tipinizə uyğun olan geyimləri seçməyə diqqət edin. Geyimlərin rahat olması önəmlidir.