Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məktəbli formasına riayət edilməsi təhsil müəssisələrində vahidlik, nizam-intizam və məsuliyyət mühitinin formalaşmasına töhfə verir. Eyni zamanda, vahid geyim qaydası şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa və uşaqların diqqətini xarici görünüşdən daha çox təhsilə yönəltməyə kömək edir.
Məktəbli formasının geyinilməsi şagirdlərdə qaydalara hörmət və kollektivə aidlik hissini də gücləndirir. Unutmayaq ki, məktəbdə intizam yalnız dərsə davamiyyət və davranışla deyil, müəyyən edilmiş geyim qaydalarına əməl etməklə də bağlıdır. Geyimdə nizam, davranışda nümunə, təhsildə uğur - sağlam məktəb mühitinin əsas şərtləridir.