Geyimi elə seçək ki... | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Yazın istisindən, qışın soyuğundan qoruna bilək Yazın əvvəli, qışın sonundayıq.
Fəslin tələbinə uyğun olaraq havalar daim dəyişir. Səhərlər hər nə qədər isti olsa da, axşam saatlarında havalar bir xeyli soyuyur.
Bəzən külək, bəzən isə yağış bu aylarda necə geyinəcəyimizlə bağlı qərar verməyimizdə çətinlik yaradır.
Xüsusilə, mart-aprel aylarında küçədə, işdə hər cür geyimdə insan görürük. Kimisi hələ də paltodadır, kimisi də nazik gödəkcə geyinir.
Qeyd edək ki, havaların bu cür dəyişməsi müəyyən sağlamlıq problemlərinə də yol açır.
Belə ki, səhər saatlarında havanın isti keçməsi aldadıcı olur və insanların əksəriyyətinin daha nazik geyinməsinə şərait yaradır.
Sintetik parçalardan istifadə etmək olmaz Mütəxəssislərin fikrincə, isti havalarda parçanın materialına fikir vermək lazımdır.
Hətta parçanın materialı rənglərdən də önəmli rol oynayır. Ona görə də bu aylarda təbii materiallara üstünlük verilməlidir.
Tam oxu
Xəbəri oxu