Geyimlərimi həmin aktyora hədiyyə etdim

29.10.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Nadir Qafarzadə geyimlərini bir aktyora hədiyyə verdiyini bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” proqramında danışıb. O bildirib ki, bəzəkli və qaşlı geyimlərinin çoxunu adi insanlara verə bilmədiyi üçün onları istifadə edə biləcək birinə hədiyyə edib.

“Biz nə qədər geyim alırıq... Həm də az geyinirik, təzə qalır. Yeni evə köçəndə üç qarderoba yerləşmədi. Dedim ki, Sevinc (xanımı - red.)gəl, yığaq. 25 kostyum, 30-dan çox ayaqqabını verdim bir aktyora. Həm aparıcı kimi toylara gedir, həm də teatrda istifadə edir. Mənə dua etdilər” deyə, N.Qafarzadə söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью