Geyimlərini hədiyyə edəcək

07.06.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Rühəngiz Allahverdiyeva geymlərini hədiyyə edəcək. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Gün ortası" verilişində danışıb. O bildirib ki, özünün tikdiyi geyimləri hədiyyə verəcək:

"İstəmirəm ki, öləndən sonra paltarlarımı ölü geyimi kimi götürsünlər. Sağ ikən geyimlərimi hədiyyə edəcəyəm. Kim bəyənsə, istəsə, verəcəyəm. Yeni sənətə gələn sənət adamı ola bilər, bəlkə paltarı yoxdur. Götürüb geyinsinlər. Biz də o vaxtlar başqalarının geyimlərini geyinirdik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью