Geyimlərini satışa çıxardı, tənqid olundu

09.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

“Nadjiba” adı ilə məşhurlaşan bloger Nəcibə Əhmədi geyimlərini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, blogerin bu addımı sosial şəbəkələrdə müzakirə olunub və tənqid edilib. Nəcibə ona ünvanlanan iradlara cavab olaraq ikinci əl geyimlərin satışının faydalarından yazıb:

“İkinci əl geyimlə bağlı nəsə paylaşanda həmişə çox qəribə reaksiyalar alıram. Amma hər il milyonlarla ton geyim tullantıya çevrilir. Halbuki istifadə etmədiyimiz bir geyim başqası üçün yeni ola bilər.

İkinci əl alıb-satmaq geyimlərin ömrünü uzadır, tullantını və yeni istehsala olan ehtiyacı azaldır. Yəni bir geyimə ikinci həyat vermək, əslində, planetimiz üçün atdığımız kiçik, amma dəyərli bir addımdır.

Geyimlərimin bir hissəsini rayona göndərirəm, bir hissəsini də satıram. Bu artıq normallaşmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью