Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Demensiya riskini azaltmağın təəccüblü dərəcədə sadə yolu tapılıb.
Demokrat.az xəbər verir ki, alimlər yaşlı insanlarda demensiyanın inkişafını ləngidən son dərəcə sadə üsul müəyyən ediblər. Araşdırmaya görə, həftədə cəmi iki dəfə 20 dəqiqəlik fiziki aktivlik belə beyin sağlamlığı üçün ciddi qoruyucu təsir göstərə bilər.
ABŞ-ın Texas Universitetinin tədqiqatçıları 50 yaşdan yuxarı təxminən 10 min amerikalının məlumatlarını səkkiz il ərzində izləyiblər. Araşdırma çərçivəsində iştirakçıların yaddaşı, diqqəti və informasiyanı emal etmə sürəti qiymətləndirilib, eyni zamanda onların fiziki aktivlik səviyyəsi ( adi gəzintidən idman məşqlərinə qədər ) qeydə alınıb.
Nəticələr göstərib ki, müntəzəm və orta səviyyəli fiziki fəaliyyət demensiya riskini əhəmiyyətli dərəcədə azaldır. Əksinə, nadir və ya minimal hərəkətlilik demək olar ki, heç bir müsbət effekt verməyib.
Alimlərin sözlərinə görə, hətta sadə piyada gəzintiləri belə beyin üçün faydalı ola bilər. Əsas şərt isə bu fəaliyyətin davamlı və sistemli şəkildə həyata keçirilməsidir. Yaş faktoru və ilkin idrak səviyyəsi önəmli olaraq qalsa da, fiziki aktivlik beyin funksiyalarının zəifləmə tempini açıq şəkildə yavaşladıb.
Tədqiqat müəllifləri vurğulayırlar ki, ABŞ-da 45 yaşdan yuxarı hər doqquz nəfərdən biri yaddaş problemlərinin artdığını bildirir. Fiziki aktivliyin dəqiq və minimal faydalı həcminin müəyyən edilməsi isə demensiya riski olan insanlar üçün əlçatan və elmi əsaslı profilaktik proqramların hazırlanmasına imkan yaradır.
Araşdırma Journal of Physical Activity and Health elmi jurnalında dərc olunub.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, alimlər yaşlı insanlarda demensiyanın inkişafını ləngidən son dərəcə sadə üsul müəyyən ediblər. Araşdırmaya görə, həftədə cəmi iki dəfə 20 dəqiqəlik fiziki aktivlik belə beyin sağlamlığı üçün ciddi qoruyucu təsir göstərə bilər.