Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İsrailin Nazirlər Kabineti ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri olmuş Gideon Saarın ölkənin daxili işlər naziri postuna təyinatına razılıq verib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.
"Hökumət Baş nazir Benyamin Netanyahunun Gideon Saarı daxili işlər naziri təyin etmək təklifini qəbul edib", - deyə rəsmi açıqlamada bildirilir.
"Israel Hayom" nəşri vurğulayır ki, Saar xarici işlər naziri vəzifəsi ilə yanaşı, Daxili İşlər Nazirliyinə (DİN) də rəhbərlik edəcək.
DİN-in əvvəlki rəhbəri Moşe Arbel 2025-ci ilin yay aylarında vəzifəsindən istefa vermişdi və həmin vaxtdan bəri bu kürsü boş qalmışdı.
Qeyd edək ki, oktyabrın 27-də İsraildə baş tutan parlament seçkisinin yekunlarına əsasən, Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyası 27 mandat əldə edib.