Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycanın Fransaya qarşı münasibətinin hər zaman yaxşı olmasını istər Əlimərdan bəy Topçubaşovun arxivlərində, istərsə də mərhum Heydər Əliyevin 1993-cü ildə prezident vəzifəsinə seçildikdən sonra ilk xarici səfərini məhz bu ölkəyə etməsindən görə bilərdik".
APA xəbər verir ki, bunu "Conflicts" jurnalının direktoru Gil Mihaeli "Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi" adlı beynəlxalq konfransda deyib.
O həm də Minsk qrupunun həmsədri olan Fransanın Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılaşmanın imzalanmasında iştirak etdiyini xatırladıb: "Əvvəllər Fransa Qərbdə Azərbaycan üçün ən yaxşı tərəfdaş idi.
1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması imzalandı.
Lakin bundan sonra Fransadakı erməni diasporu daha da fəallaşdı".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.