“Gilan Lift”in 376 min manatdan çox vergi borcu yaranıb

02.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Vaxtı ilə ölkənin aparıcı lift istehsalçılarından olan “Gilan Lift” MMC-nin (VÖEN – 1401308331) dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Gilan Lift” MMC-nin vergi borcu 376 min 795 manat 89 qəpik təşkil edir.
Qeyd edək ki, “Gilan Lift” MMC 2008-ci il martın 7-də dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. MMC-nin hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ şəhəri, S. Ə. Kərimov küçəsi, ev 34-də yerləşir. “Gilan Lift” MMC-nin qanuni təmsilçisi İbrahimov Zaur Davud oğludur.
Məlumat üçün qeyd edək ki, ölkənin aparıcı şirkətlərindən olan “Gilan Holdinq”ə bağlı olan “Gilan Lift” MMC hazırda fəaliyyət göstərmir.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью