Gilas ağacından yıxılan 44 yaşlı kişinin ayağı sındı, vəziyyəti ağırdır

09.06.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lerikdə 44 yaşlı kişi gilas ağacından yıxılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə Lerik rayonunun Bürsülüm kənd sakini 1981-ci il təvəllüdlü Firudin Fayaz oğlu Ağayev gilas dərmək üçün ağaca çıxıb.

Ehtiyatsızlıqdan ağacdan yıxılan F. Ağayev təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona sol budun və baldırın yuxarı 1/3-nin diz altı nahiyəsinin böyük həcmli gematoması diaqnozu qoyaraq zəruri ilkin tibbi xidmətlər göstəriblər.

Xəstənin vəziyyətinə uyğun olaraq Bakı şəhərindəki xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью