Gilasın faydası haqqında

15.11.2024

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Dietoloqların fikrinə görə, gilas insanın qan damarlarını təmizləyir və möhkəmləndirir, qanda xolesterini azaldır, orqanizmdən artıq mayeni çıxardır.

Gilas varikoz xəstəliyindən və anemiyadan (qanazlığı) əziyyət çəkənlər üçün xüsusən xeyirlidir.
Dietoloqlar, sarı gilası qlükozanın miqdarının çox olduğuna görə diabet xəstələrinə məsləhət görmürlər. Allergiyadan əziyyət çəkən insanlar isə qırmızı gilas yeməməlidirlər.
Gilası yeməklər arası yemək lazımdır (dərhal qida qəbulundan sonra - yox). Gilası həddindən çox yedikdə mədə-bağırsaq sistemində meteorizm (qarın köpü) və spazmlar meydana çıxa bilər.     

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью