Gilberto Mora dünya çempionatları tarixində ən gənc 6 debütantdan biridir

12.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meksika millisinin yarımmüdafiəçisi Gilberto Mora Dünya Kuboku tarixinin ən gənc altı debütantı arasında yer alıb.

İdman.Biz bildirir ki, bu, Meksika və CAR arasında keçirilən 2026-cı il FİFA Dünya çempionatının açılış matçında baş verib.

Futbolçu meydana oyunun 66-cı dəqiqəsində, 17 yaş 240 günlüyündə çıxıb.

Pele (Braziliya), Salomon Olembe (Kamerun), Femi Opabunmi (Nigeriya), Samuel Eto'o (Kamerun) və Norman Uaytsayd (Şimali İrlandiya) dünya çempionatında debütlərini daha erkən yaşlarında ediblər.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью