Gildiyaya sədr seçilən Ayaz Salayev: Bu işə ciddi yanaşacam, çünki...

22.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

"Sədr seçilmək böyük məsuliyyətdir. Bu işə ciddi yanaşacam".
Bunu Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi Ayaz Salayev Kinorejissorlar Gildiyasının İdarə Heyətinə sədr seçilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, müəlliflərin hüquqlarını qoruyan belə bir qurumun olması çox vacibdir.

"Bu qurum illərdir ki, uğurla fəaliyyət göstərir. Hazırda işləri gildiyanın fəxri sədri Hüseyn Mehdiyev aparır. Mənə görə o gildiyanın əvəzsiz rəhbəridir", - Ayaz Salayev vurğulayıb.
Qeyd edək ki, qərar ötən ilin dekabrın sonunda Kinorejissorlar Gildiyasının hesabat seçki konfransında verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью