“Giləzi Quşçuluq” kompleksinin direktoru həbs olundu

25.11.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi Rayon Məhkəməsində “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, məhkəmənin qərarlarına əsasən, Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs, Nazim Məmmədov və Mahir Mirzəyev barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkar edilib.

Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə kompleksin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью