“Gimnastika hamı üçün”

01.07.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda “Gimnastika hamı üçün” 3-cü Bakı ­Beynəlxalq Festivalı keçirilib. 2 gün davam edən aksiya yerli və xarici iştirakçıların rəngarəng çıxışları ilə yadda qalıb.

Yarışda, ümumilikdə, 900-ə yaxın iştirakçı və 52 komanda təmsil olunub. Müxtəlif yaş qruplarını əhatə edən proqramda zumba, hip-hop, milli rəqslər və “ustad dərsləri” xüsusi maraqla qarşılanıb.

İştirakçılar 2 yaş kateqoriyası - 50 yaşdan aşağı və yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalın rəsmi açılışı iştirakçıların Bakı İdman Sarayından Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyədək möhtəşəm yürüşü ilə start götürüb. 

Dünən, festivalın 2-ci günü Qala şou keçirilib. Qaliblər “Ən yaxşı kostyum”, “Ən yaxşı performans”, “Ən yaşlı iştirakçı”, “Ən kiçik iştirakçı” və “Sosial mediada ən fəal iştirakçı” nominasiyaları üzrə mükafatlandırılıblar. 

M.HACIXANLI 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью