Gimnastımız Dünya kubokunda dördüncü olub

23.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan batutçusu Selcan Mahsudova Bakıda keçirilən Dünya kubokunda dördüncü yeri tutub.

İdman.biz xəbər verir ki, o, fərdi yarışların finalında 54.760 xal toplayıb.

Nəticə Olimpiya iştirakçısı ilk "üçlüy"ə daxil ola bilməyib.

Paris-2024 Oyunlarının gümüş mükafatçısı Violetta Bardzilovskaya (neytral idmançı) Dünya kubokunun qalibi olub. Dəfələrlə dünya çempionu Hikaru Mori (Yaponiya) gümüş, Sofiya Alyayeva (neytral idmançı) isə bürünc medal qazanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью