Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı

08.03.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

"Unikal" xəbər verir ki, o, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.

Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью