Gimnastımız qitə çempionatında 4 cü olub

31.05.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nikita Simonov Almaniyanın Leypsiq şəhərində idman gimnastikası üzrə Avropa çempionatında 4-cü yeri tutub. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı halqalarla yarışın finalında çıxış edib.

O, 14,333 xal toplayıb ki, bu da dördüncü nəticə olub.

Bu növdə qələbəni daha əvvəl çoxnövçülükdə qalib olmuş türkiyəli Adem Asil qazanıb.

Qeyd edək ki, ötənilki qitə çempionatında Simonov halqalarda gümüş medal qazanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью