Gimnastımız Rusiyada iki qızıl medal qazandı Video

17.10.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı gimnast Hüseyn Xəlilov Rusiyada keçirilən növbəti yarışda uğurlu nəticə göstərib.

“Qafqazinfo” xəbər verir ki, 15 yaşlı idmançı, Sibir Federal Dairəsi birinciliyində daha təcrübəli idman ustaları ilə mübarizə apararaq iki qızıl medal (at üzərində və paralel qollarda) qazanıb. Bundan əlavə, halqalar üzrə çıxışında bürünc medal əldə edib.

Bu yarışlar Rusiya çempionatına seçmə mərhələ xarakteri daşıyıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью