futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə yeniyetmələr arasında Dünya yarışında Azərbaycan idmançıları növbəti uğura imza atıblar.
Futbolpress.az xəbər verir ki, Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət kişi dördlüyümüz uğurlu çıxışla yadda qalıb. Təmsilçilərimiz hakimlər tərəfindən 27.200 xalla qiymətləndirilərək möhtəşəm mübarizənin sonunda bürünc medala sahibi olublar.
Bu heyət əvvəlki illərdə də mötəbər turnirlərdə yüksək nəticələr göstərib. Belə ki, Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayev dördlüyü 2024-cü ildə keçirilən Azərbaycan çempionatında yeniyetmələr arasında 73.030 xal toplayaraq ölkə çempionu adını qazanıb, 2025-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan beynəlxalq yarışda isə bürünc mükafatı başı üzərinə qaldırıb.