Gimnastlarımız Avropa kubokunda uğur qazandı

19.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa proqramında (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) proqramında ikiqat bürünc medal əldə ediblər.

Fərdi gimnast Fidan Qurbanlı gürzlərlə proqramda (25.866 xal) gümüş medal

Fərdi gimnast Şəms Ağahüseynova lent ilə proqramda (25.299 xal) gümüş medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью