Gimnastlarımız Dünya kubokunun qalibi olublar FOTO

24.03.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, final mərhələsinə yüksələn Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov həlledici çıxışlarını da uğurlar tamamlayıblar.

Qarışıq cütlüyümüz 19,350 xalla qızıl medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatının gümüş medalçıları finala da birinci yerin sahibi kimi yüksəlmişdilər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью