Gimnastlarımız Serbiyada beynəlxalq turnirdə uğur qazandı

08.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 5-də Serbiyanın Novi Sad şəhərində idman gimnastikası üzrə "Memorial Laza Krstic and Marica Dzelatovic" yarışı başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan gimnastları bu nüfuzlu beynəlxalq turnirdə iki medal əldə ediblər.

Milli komandanın üzvlərindən Nazənin Teymurova çoxnövçülük üzrə fərdi proqramda qızıl, Albina Əliyeva isə gümüş medal qazanıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью