Gimnastlarımızdan beynəlxalq turnirdə qızıl medal

12.05.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər.

Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar.

Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş medal əldə edib.

Şükrü Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Gimnastika Arenasında olub Gimnastlarımızdan qızıl medal Portimaoda tarixi uğur – Avropa Çempionatı başa çatdı Azərbaycanlı gimnastlar final mərhələlərində Azərbaycan tamblinqçiləri Avropa çempionatının final mərhələsində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью