Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Polşanın Rjeşov şəhərində akrobatika üzrə Dünya kuboku keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışa uğurla start veriblər.
Təsnifat mərhələsindən sonra bütün təmsilçilərimiz finala yüksəliblər.
Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda 13 ölkədən 110-dan çox akrobat iştirak edir.
Azərbaycan təmsilçiləri finala yüksələ bilmədilər Gimnastlarımız beynəlxalq turnirdə iki medal qazanıblar Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal - FOTO Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar