Gimnaziada: Basketbolçularımız 1/4 finalda məğlub olublar

11.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 3x3 basketbol komandaları Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında yarışlarında çıxışını başa vurub.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, təmsilçilərimiz yarışla 1/4 final mərhələsində vidalaşıblar.

Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət komandamız yarımfinala gedən yolda Çinlə qarşılaşıb. Basketbolçularımız asiyalılara 7:21 hesabı ilə uduzublar.

Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz günə qələbə ilə başlayıb. Komandamız 1/8 finalda Kosta Rikanı 16:15 hesabı ilə məğlub etsə də, ardınca Çili ilə bacarmayıb – 9:14.

Qeyd edək ki, basketbol yarışlarında qalibin adı bu gün bəlli olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью