Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarında ikinci günün yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oyunlarda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Təmsilçilərimiz 10 idman növündə - qılıncoynatma, güləş, şahmat, badminton, parabadminton, 3x3 basketbol, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis və idman gimnastikasında qüvvələrini sınayacaqlar.
Yarışlar aprelin 12-də başa çatacaq.