Gimnaziada İdman Oyunlarında şahmatın blits üzrə yarışları başa çatıb

10.04.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında şahmatın blits üzrə yarışları başa çatıb.

SİA xəbər verir ki, Azərbaycan şahmatçısı Paşam Əlizadə 6-cı yeri tutub.

O, 9 oyundan 6 xal toplayıb. Məryəm Ağaverdiyeva isə 7 turda 4 xal yığıb və 6-cı yeri tutub. Qeyd edək ki, rapiddə P. Əlizadə 9 görüşdə 5,5 xalla 6-cı yeri, M. Ağaverdiyeva isə 7 turda 3,5 xalla 9-cu olub.

Qeyd edək ki, yarışlara aprelin 12-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью