Gimnaziada: İlk günün TƏQVİMİ

06.04.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Zlatiborda ISF U15 Gimnaziada İdman Oyunlarına start veriləcək.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi 4 idman növündə təmsil olunacaq.

Yığmamızın heyətində sərbəst güləşçilər 10 çəki dərəcəsində mübarizə aparacaqlar və günün sonunda mükafatçıların adına aydınlıq gələcək.

Şahmat, qılıncoynatma və badminton növlərində də təmsilçilərimiz mübarizəyə qoşulacaqlar. Hava şəraiti ilə bağlı tennis yarışları isə təxirə salınıb.

Gimnaziada İdman Oyunları
6 aprel
Sərbəst güləş

12:00. İlkin mərhələ görüşləri
16:00. Medal görüşləri

Elman İsmayılov (38 kq)
Hüseyn Rzazadə (41 kq)
İbrahim Həsənov (44 kq)
Tamerlan Namazlı (48 kq)
Fərid Hüseynli (52 kq)
Elcan Həsənov (57 kq)
Məhəmməd Həsənli (62 kq)
Xəyal Şükürlü (68 kq)
Elvin Necəfzadə (75 kq)
Tural Eynullayev (85 kq)

Şahmat
17:00. Rapid yarışları
Paşam Əlizadə
Məryəm Ağaverdiyeva

Tennis
Komanda yarışı
Oğlanlar
09:00. Azərbaycan - İngiltərə

Qızlar
10:30. Azərbaycan - Benin

Qılıncoynatma
10:30. Oğlanlar (sablya)
Nəcəf Şabanlı
Gəray Məmmədli
Abdulmalik Nəsibzadə

Badminton
Qarışıq komanda (Fərəc Kərimli, Yusif Miralamov, Leyla Camalzadə, Nəzrin Mehralizadə)

12:30. Azərbaycan - Bolqarıstan
14:30. Azərbaycan - Makau Çin
16:30. Azərbaycan - Çin

Qeyd edək ki, Azərbaycan Gimnaziadada 18 idman növündə təmsil olunur.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью