Gimnaziada: Kamandan oxatanlarımız bürünc medal uğrunda yarışacaq

10.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında qızlar arasında kamandan oxatanlar arasında komanda yarışlarına start verilib.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, Zlatoborda baş tutan yarışda Azərbaycan millisi mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

Leyla Əfəndiyeva, Nilufər Ağaməmmədli və Sona Rüstəmlidən ibarət komandamız ilk görüşdə Ukrayna ilə üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Çinə 0:6 hesabı ilə uduzan kamandan oxatanlarımız üçüncü yer uğrunda yarışacaq. Rəqibimiz Türkiyə komandası olacaq.

Finalda isə Çin və Çin Taypeyi qarşılaşacaq.

Qeyd edək ki, həlledici görüşlər aprelin 12-də olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью