Gimnaziada: Millimizdən daha bir medal FOTO

07.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında daha bir medal qazanıb.

İdman.biz-in Zlatibora ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandamızın paraüzgüçüsü Rəsul Süleymanov fəxri kürsüyə yüksəlib.

O, 50 m məsafəni brass üsulu ilə 55 saniyəyə qət edərək, bürünc medala yiyələnib.

Bununla da millimizin Gimnaziadada qazandığı medalların sayı 25-ə yüksəlib. Komandamız daha öncə 8 qızıl, 6 gümüş və 10 bürünc mükafata yiyələnib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью