Gimnaziada: Mirnuray Abasova bürünc medalı təmin edib

07.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları davam edir.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qılıncoynadanların 2-ci yarış günündə şpaqaçılar mübarizəyə qoşulub.

Milli üzvlərindən Mirnuray Abasova ilkin görüşləri uğurla başa vurub. O, 1/4 finalda rumıniyalı Arianan Georgiana Covaci ilə üz-üzə gəlib. Görüşün əvvəlindən axıradək üstünlüyünü qoruyan şpaqaçımız rəqibinə 15:10 hesabı ilə qalib gəlib. Abasova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Digər qılıncoynadanlarımızdan Aydan Atakişiyeva 1/8, Esnat Mirzəyeva 1/4 finalda uduzub.

Qeyd edək ki, Azərbaycan millisi yarışın ilk günündə 11 medal qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью