Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiyanın Zlatibor şəhərində keçirilmiş Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandası Vətənə qayıdıb.
İdman.biz xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Azərbaycan idmançıları idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub. Ölkəmiz yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.
İdman.biz