Gims korrupsiyada ittiham olunur

18.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Konqolu reper Gims Fransada korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Axşam.az xəbər verir ki, bu barədə “Parisien” qəzeti məlumat yayıb.

İddialara görə, əsl adı Qandi Bilel Cuna olan sənətçi şəxsi mühafizəsini təmin etmək üçün silahlı polislərin xidmətindən qanunsuz şəkildə istifadə edib.

Reperə dövlət vəzifəli şəxslərinin korrupsiyaya cəlb edilməsi, dövlət məlumat bazasındakı məlumatların qanunsuz ötürülməsi və peşə sirrinin pozulması nəticəsində əldə edilən məlumatlardan istifadə ittihamları irəli sürülüb.

İş üzrə Gimsdən başqa daha yeddi nəfər də ittiham olunur. Onların arasında sənətçinin biznes tərəfdaşı, vəkili, dörd polis əməkdaşı və özəl mühafizə üzrə mütəxəssislərin hazırlanması mərkəzinin rəhbəri var.

Məhkəmə iclasının tarixi hələ müəyyənləşdirilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью