Giorgi Kalandarişvili: Elektron səsverməyə müdaxilə imkansızdır

03.10.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkə üzrə 3061 seçki məntəqəsi yaradılıb. Səsvermə onlardan 2284-də elektron, 777-sində isə ənənəvi qaydada olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, elektron səsvermə zamanı kənar müdaxilə olmayacaq. Ona görə ki, elektron qaydada səs vermək üçün tətbiq olunan cihazlar internet şəbəkəsinə qoşulmayacaq.

MSK sədri bildirib ki, istənilən avadanlığın işində nasazlığın yaranma ehtimalı minimaldır. “Amma buna baxmayaraq bütün hallar hallar nəzərə alınır və sığortalanır. Əsas odur ki, səsvermə prosesi heç bir halda dayandırılmayacaq”, – deyə MSK sədri söyləyib.

Qeyd edək ki, Gürcüstanda seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfər təşkil edir. Onların 3 milyon 130 min 348 nəfəri elektron texnologiyalardan istifadə etməklə səs verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью