“Giriş qadağandır” nişanının tələbini pozan sürücü 90 PB 155 VİDEO

28.11.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzi küçələrindən birində sürücünün kobud qayda pozuntusu başqa bir nəqliyyat vasitəsinin videoregistratoru vasitəsilə qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Bünyad Sərdarov küçəsi ilə irəliləyən 90-PB-155 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin idarəçisi yol hərəkəti qaydalarını pozub. Sürücü Rostropoviçlər küçəsinə döngədəki “Giriş qadağandır” nişanını görməzdən gəlib və məhəlləyə daxil olub. Qayda pozuntusu noyabrın 24-ü günorta saatlarında qeydə alınıb və anbaan digər avtomobilin videoqeydiyyatçısına tuş gəlib.

Qeyd edək ki, qaydaları buc ür pozan sürücülə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100 manat 3 balla cərimələnə bilər.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью