Girne faciəsində daha bir cəsəd tapıldı

19.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel avqustun 30-da Girne sahillərində batan sərnişin gəmisindən sonra itkin düşən daha bir şəxsin cəsədinin tapıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Üstel bildirib ki, bununla da faciə nəticəsində ölənlərin sayı 15-ə yüksəlib, itkin düşənlərin sayı isə 13-ə enib.

“Bu faciədə həyatını itirənlərin ailələrinə başsağlığı verir, onların ruhuna rəhmət diləyirik. Tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün lazımi prosedurlara başlanılıb”, - deyə Üstel qeyd edib.

Baş nazir bildirib ki, faciənin baş verdiyi ilk andan etibarən ŞKTR-nin bütün resursları səfərbər edilib və itkin düşən digər şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.

Məlumata görə, cəsəd batan sərnişin gəmisinin qalıqları arasında aşkarlanıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью