Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb

02.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbul, 2 sentyabr, AZƏRTAC

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman deyib.

Xatırladaq ki, sərnişin gəmisi Girnə limanından Türkiyənin Mersin vilayətinin Taşucu limanına getmək üçün yola çıxıb. Batan gəmidəki 267 sərnişindən itkin düşən 18 nəfərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью