Gitara ifaçısı müğənnini bıçaqladı Toy üstündə dava Foto

07.05.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Əhmədiyə Qurbanovun hadisə zamanı sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb: “Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью