“Give me Sport” Yamalı seçdi

03.07.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Give me Sport” son statistik göstəricilərə əsasən, dünyanın ən yaxşı oyunçularının siyahısını hazırlayıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə portalının sıralamasına Lamin Yamal başçılıq edir.
Qeyd edək ki, “Barselona”nın vingeri ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
PSJ-nin hücumçusu Usman Dembele 2-ci, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah isə 3-cü yerə layiq bilinib. 
Siyahını nəzərinizə çatdırırıq.
1. Lamin Yamal (Barselona)
2. Usman Dembele (PSJ)
3. Məhəmməd Salah (Liverpul)
4. Kilian Mbappe (Real)
5. Rafinya Dias (Barselona)
6. Harri Keyn (Bavariya)
7. Robert Levandovski (Barselona)
8. Vinisius Junior (Real)
9. Pedri (Barselona)
10. Cud Bellingem (Real)
11. Lionel Messi (İnter Mayami)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью