Gizlədilən silahlar bir bir tapıldı Polis onların planını belə pozdu

28.08.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkar ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində 3 avtomat silah, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Dominos pizza

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью