Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik Paşinyan

14.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ermənistan və Azərbaycan liderləri Kopenhagendə "Tramp yolu" boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilişini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında deyib.

“Gizlətmirəm, Azərbaycan prezidenti ilə mən Kopenhagendə bu məsələni müzakirə etdik. İlkin olaraq o nəticəyə gəldik ki, ən tez elektrik xətti və qaz kəmərinin çəkilməsi olacaq. Ümid edirəm ki, gələcək müzakirələr bu məsələ ilə bağlı daha konkret detallara gətirib çıxaracaq”, - Paşinyan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью