Gizli alkoqolizmin əsas əlaməti müəyyən edilib

30.09.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Asılılıq üzrə mütəxəssis Gian Fernando gizli alkoqolizmin əsas əlamətini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, onun həkimi Daily Mail-ə bildirib ki, əgər stressə qarşı ilk reaksiyanız özünüzə bir stəkan şərab tökməkdirsə, günün böyük hissəsini içkili keçirirsinizsə və ya bir həftə ərzində nə qədər spirtli içki qəbul etdiyinizi xatırlaya bilmirsinizsə, bu, alkoqol asılılığının açıq göstəricisidir.

Həkim vurğulayıb ki, rəsmi qaydalara görə, həftəlik spirtli içki limiti üç litrdən çox olmayan yüngül pivə və ya altı stəkan orta güclü şərabla məhdudlaşır.

Lakin böyüklərin 24 faizi bu həddi mütəmadi olaraq aşır.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью