Gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək

15.05.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib.

O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.

“Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”, - erməni siyasətçi deyib.

İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı olduğu deyilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan 17 maddəlik sülh sazişi mətnini razılaşdırdıqdan sonra Prezident İlham Əliyev daha iki tələbi – Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğv edilməsi – irəli sürüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью