Bizimyol saytına istinadən Icma.az xəbər verir. Alimlər insan orqanizmində əvvəllər məlum olmayan həyat formalarını aşkar ediblər.
Bu mikroskopik strukturlar, tədqiqatçılar tərəfindən "obelisklər" adlandırılıb.
Kəşf, iri miqyaslı genetik verilənlər bazalarının təhlilinin nəticəsi olaraq əldə edilib və artıq elm dünyasında geniş müzakirələrə səbəb olub.
Bizimyol.info xəbər verir ki, Şimali Karolina Universitetinin biologu Mark Payferin sözlərinə görə, bu kəşf hətta sahə mütəxəssisləri üçün belə gözlənilməz olub.
Obelisklər, məlum virusların əksəriyyətindən qat-qat kiçikdir və mövcud biologiya təsnifatlarına uyğun gəlmir.
Onlar, zəncirvari RNT molekullarından ibarət olub və viruslardan fərqli olaraq, zülal qapağına sahib deyillər.
Araşdırmaya Stanford Universitetinin Nobel mükafatı laureatı Endryu Fayr rəhbərlik edib.
Alimlər müəyyən ediblər ki, obelisklər insanın mikrobiomunu təşkil edən bakteriyaların içində yaşayır.